BƏƏ şirkəti Azərbaycanda dərman istehsal etmək niyyətindədir

BƏƏ şirkəti Azərbaycanda dərman istehsal etmək niyyətindədir
# 08 fevral 2017 13:52 (UTC +04:00)

Bu gün İqtisadiyyat naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "VPS Healthcare" şirkətinin direktoru Şəmşir Vayalilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycanın investisiya və biznes mühiti, əczaçılıq sənayesinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.


"VPS Healthcare" şirkətinin fəaliyyəti barədə məlumat verən Ş. Vayalil ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu və Azərbaycanda əczaçılıq sənayesinin inkişafı üçün böyük imkanları qeyd edib.

Sonra "Azərbaycan İnvestisiya Şirkəti" ASC və "VPS Healthcare" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanda beynəlxalq standartlara uyğun birgə dərman istehsalının təşkili üzrə əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, səhiyyə sahəsində dünyada tanınmış şirkətlərdən olan "VPS Healthcare" şirkətinin 20 ixtisaslaşmış klinikası, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı, Oman, Qətər və Hindistanda 13 brenddə xəstəxana və sağlamlıq mərkəzləri, Dubayda "Life Pharma" əczaçılıq zavodu, Hindistanda stomatologiya kolleci və s. fəaliyyət göstərir.

“LİFEPharma" dərman zavodunun məhsulları Asiya, Avropa, Şimali və Cənubi Amerikaya ixrac olunur. Şirkətin daha bir əczaçılıq zavodu Əbu-Dabidə tikilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR