Natiq Əliyev: "Cənub Qaz Dəhlizi"nə qoşulmaq istəyən ölkələrin sayı artır"

Natiq Əliyev: "Cənub Qaz Dəhlizi"nə qoşulmaq istəyən ölkələrin sayı artır"
# 23 fevral 2017 14:20 (UTC +04:00)

Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi "Cənub Qaz Dəhlizi" layihəsi üçün yeni perspektivlər açır. "APA-Economics" xəbər verir ki, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, layihənin iştirakında maraqlı olan ölkələrin sayı artır.

"2019-cu ilin sonunda bu birləşmə hazır olacaq. Yunanıstan ərazisindən Bolqarıstana kəmər uzanacaq. Bu ölkələr "Cənub Qaz Dəhlizi" layihəsinə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər. Bu isə "Cənub Qaz dəhlizi" layihəsi üçün yeni bir perspektivlər, yollar açır", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR