Rəhim Hüseynzadə Mətbuat Şurasının icraçı katibi vəzifəsindən istefa verib

Rəhim Hüseynzadə Mətbuat Şurasının icraçı katibi vəzifəsindən istefa verib
# 03 mart 2017 14:28 (UTC +04:00)

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.

APA-nın xəbərinə görə, R. Hüseynzadə qərarını qurumun İdarə Heyətinin bu gün keçirilən iclasında açıqlayıb. İclasda bildirilib ki, bu gün Şuranın icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur.

Əflatun Amaşov R. Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib. R. Hüseynzadə təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İdarə Heyətinin üzvləri istefanı qəbul ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR