Bakıda Nikolay Baybakovun büstünün açılışı olub

Bakıda Nikolay Baybakovun büstünün açılışı olub
# 06 mart 2017 12:51 (UTC +04:00)

Bu gün Bakının Sabunçu rayonunda 67 saylı tam orta məktəbin ərazisində dünya şöhrətli neftçi, neft işinin görkəmli təşkilatçısı, dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik Nikolay Baybakovun büstünün açılış mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, mərasimdə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, şirkətin vitse-prezidentləri Xalik Məmmədov və Bəhram Hüseynov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Oleq Murışev və ictimaiyyət nümayəndələri iştirak eiblər.

A. Vəliyev bildirib ki, keçmiş Sovetlər İttifaqının böyük dövlət xadimlərindən olan N. Baybakov Azərbaycan neft-qaz sənayesinin ən parlaq simalarından biridir. O, Azərbaycanda doğulub boya-başa çatıb və bütün fəaliyyəti boyu doğma vətəni, həmkarları ilə bağlılığını saxlayıb.

X. Yusifzadə N. Baybakovun həyat və fəaliyyətindən danışıb, onun çoxsahəli və gərgin fəaliyyətinin vətəninə, sevib-seçdiyi neftçi peşəsinə şərəf və ləyaqətlə xidmət göstərməyin əyani təcəssümü olduğunu vurğulayıb. Qeyd olunub ki, əmək fəaliyyətinə Balaxanı mədənlərində başlayan N. Baybakov ömrünün sonunadək hansı vəzifədə çalışmasından asılı olmayaraq, neftçi olduğunu bir an belə unutmayıb. Dərin məzmunlu kitablarında özünü neftçi kimi təqdim edib, həyatının bu sahə ilə bağlılığını həmişə şərəflə vurğulayıb. Bakı neftçilərinə xas olan işgüzarlıq və əzmkarlıq, dərin mühəndis zəkası N. Baybakova məşğul olduğu bütün sahələrdə uğur qazandırıb.

X. Yusifzadə bildirib ki, N. Baybakovun fəaliyyəti yüksək qiymətləndirilib, o, çoxlu dövlət mükafatlarına layiq görülüb, müxtəlif orden və medallarla, o cümlədən müstəqil Azərbaycanın ali mükafatları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR