BMT-nin baş katibi Şimali Koreyanı öhdəliklərə əməl etməyə çağırıb

BMT-nin baş katibi Şimali Koreyanı öhdəliklərə əməl etməyə çağırıb
# 07 mart 2017 02:29 (UTC +04:00)

BMT baş katibi Antoniг Quterreş Şimali Koreyanın həyata keçirdiyi raket sınaqlarını pisləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibi adından yayılan açıqlamada deyilir.

“Ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir”, deyə A.Quterreş bildirib.

Baş katib Koreya Xalq Demokratik Respublikasını təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əməl etməyə çağırıb. “Bu addımlar regionda sülh və stabilliyə zərbə ciddi zərbə vurur”, deyə baş katib qeyd edib.

ABŞ, Cənubi Koreya və Yaponiya Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın sabah keçirilməsi nəzərdə tutulur.

Martın 6-da Şimali Koreya Yapon dənizinə 4 ballistik raket buraxıb. Onlardan üçü Yaponiyanın ərazi sularına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR