AFFA hakim səhvini təsdiqləyib

AFFA hakim səhvini təsdiqləyib
# 07 mart 2017 10:04 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XXI turunun oyunlarında baş verən yeganə xoşagəlməz hadisə müzakirə olunub.

“Kəpəz” – AZAL matçının videoyazısını izlədikdən sonra komitə qonaqların futbolçusu Alamadine Omeqa Robertsin aqressiv hərəkətini aşkarlayıb. Oyunun 64-cü dəqiqəsində rəqib futbolçuya qarşı edilən bu hərəkət legionerin 3 matçlıq cəzalanmasına səbəb olub. AZAL isə 2400 manat cərimələnib.

Hakimlər Komitəsinə həvalə edilib ki, qarşılaşmanın referisi Orxan Məmmədov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandır versin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR