Rusiya və Türkiyə “S-400” komplekslərinin tədarükü məsələsini müzakirə ediblər

Rusiya və Türkiyə  “S-400” komplekslərinin tədarükü məsələsini  müzakirə ediblər
# 15 mart 2017 02:23 (UTC +04:00)

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ötən həftə Moskvada keçirdiyi görüş zamanı “S-400” komplekslərinin Ankaraya tədarükünün mümkünlüyünü müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu “İzvestiya”ya açıqlamasına məlumatı təsdiqləyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “tərəflər maraqlıdırlar və danışıqları davam etdirəcəklər”.

Qeyd edək ki Putin-Ərdoğan danışıqları Moskvada martın 10-da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR