FAO: Mərkəzi Asiya və Qafqaz ölkələri yetərsiz qidalanma problemini həll edib

FAO: Mərkəzi Asiya və Qafqaz ölkələri yetərsiz qidalanma problemini həll edib
# 15 mart 2017 13:54 (UTC +04:00)

"Avropa və Mərkəzi Asiya ölkələri yetərsiz qidalanma problemini həll edib".

APA-nın BMT-nın saytına istinadən verdiyi məlumata görə, bu barədə Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaydığı hesabatda deyilir.

Hesabata əsasən əhalinin yalnız 7 faizi pis qidalanır, yaxud lazımı qida maddələrini kifayət qədər qəbul etmir. FAO mütəxəssislərin qənaətinə görə, iqtisadi artım və gəlirlərin çoxalması da qidalanma ilə bağlı yeni problemə yol açıb. Əhalinin şəkər, yağlı qida, ət, emal edilmiş məhsullardan həddindən artıq istifadə etdiyi üçün region ölkələri bir sıra xəstəliklər və hərəkətsiz həyat tərzi ilə üzləşib. Fəsadlar arasında anemiya, artıq çəki və piylənmə xüsusilə qeyd olunub.

Hesabatda Mərkəzi Asiya və Qafqaz ölkələrin yetərsiz qidalanma ilə mübarizədə böyük irəliləyişə nail olduqları bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR