ABŞ-ın Alyaska ştatı sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Aleut adalarından 11 km cənubi-şərqdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.