MBNP banklarla kapital və kredit riskləri ilə bağlı danışıqlar aparır

MBNP banklarla kapital və kredit riskləri ilə bağlı danışıqlar aparır
# 16 mart 2017 09:12 (UTC +04:00)

"Bir neçə bankda kapitallaşma ilə bağlı danışıqlar davam edir. Biz prosesin tezliklə yekunlaşmasını gözləyirik". "APA-Economics" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin bu gün Bakıda keçirilən VI illik konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Strateji xidmətlər departamentinin Prudensal siyasət və metodologiya şöbəsinin müdiri Rüstəm Tahirov deyib.

Onun sözlərinə görə, MBNP və banklar arasında kapital və kredit riskləri ilə bağlı danışıqlar aparılır.

R.Tahirov onu da qeyd edib ki, Dünya Bankının dəstəyi ilə "Banklar haqqında" qanuna dəyişikliklərlə bağlı layihə hazırlanıb. "Bu layihə Milli Məclisə təqdim olunub. Qanun layihəsinin qəbul edilməsi sistemi əhatə edən problemlərin həllinə imkan verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR