Sabiq prezident: “Azərbaycan iradəli, etibarlı tərəfdaş ölkə kimi ən gözəl misaldır”

Sabiq prezident: “Azərbaycan iradəli, etibarlı tərəfdaş ölkə kimi ən gözəl misaldır”
# 16 mart 2017 12:12 (UTC +04:00)

“Bolqarıstan Cənub Qaz Dəhlizi təşəbbüsünün bir hissəsi olmaqdan məmnundur. Azərbaycandan 1 milyard kubmetr qaz almaqla bağlı SOCAR-la müqavilə imzalamışıq. Azərbaycan bizim enerji təhlükəsizliyimizə töhfə verir. Biz etibarlı dostlarıq”.

APA-nın xəbərinə görə, bu sözləri V Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib. O, Azərbaycanın Bolqarıstan və Avropa üçün etdiklərinə görə çox minnətdar olduqlarını söyləyib: “Biz keçmişdə çox layihələr görmüşük. Siyasətçilər çox sözlər veriblər. Yalnız Azərbaycan öz sözünü tutur. Azərbaycan iradəli, etibarlı tərəfdaş ölkə kimi ən gözəl misaldır. Cənub Qaz Dəhlizi strateji cəhətdən vacib layihədir, vaxtında və büdcəyə uyğun irəliləyir. Bolqarıstan gələcəkdə bu layihədə iştirakını artırmaq niyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR