Tovuzda dörd yaşlı uşaq dərmandan zəhərlənib

Tovuzda dörd yaşlı uşaq dərmandan zəhərlənib
# 17 mart 2017 11:37 (UTC +04:00)

Tovuzda 4 yaşlı uşaq dərmandan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Çeşməli kənd sakini, 2013-cü il təvəllüdlü Qarayev Faiq Samir oğlu dərman zəhərlənməsi əlaməti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, dörd yaşlı uşaq nənəsinin sakitləşdirici dərman preparatlarını qəbul etdiyinə görə zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR