İlham Əliyev Yanoş Aderi Macarıstan prezidenti seçilməsi münasibəti ilə təbrik edib

İlham Əliyev Yanoş Aderi Macarıstan prezidenti seçilməsi münasibəti ilə təbrik edib
# 17 mart 2017 14:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Yanoş Aderi yenidən Macarıstan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Macarıstanın Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Macarıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin, strateji tərəfdaşlığımızın dinamik və hərtərəfli inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Macarıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR