Bakı-Şamaxı yolunda yük maşını dayanacağa çırpılıb
19 mart 2017 15:13 (UTC +04:00)
Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
“Azəravtoyol”ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə bildirib ki, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağıldığından istifadəyə yararsız hala düşüb.
“Dayanacaqda qəza baş verən vaxtı heç kimin olmaması faciənin qarşısını alıb”, - deyə A.Nəcəfli bildirib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.
İnfrastruktur
Vüqar Oruc: Azərbaycanda daşınmaz əmlak xaotik bahalaşır - MÜSAHİBƏ
11:19
26 aprel 2024
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda! - FOTO
11:00
26 aprel 2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq
10:22
26 aprel 2024
"Bakcell" Şuşada mağaza açacaq
17:33
25 aprel 2024