Marseldə saxlanılanların evindən partlayıcı qurğu və silah-sursatlar aşkarlanıb

Marseldə saxlanılanların evindən partlayıcı qurğu və silah-sursatlar aşkarlanıb
# 19 aprel 2017 04:32 (UTC +04:00)

Marseldə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılan şəxslərin evindən partlayıcı qurğu və silah-sursatlar aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Parisin prokuroru Fransua Molens bildirib.

Onun sözlərinə görə, hadisə 3 kq istifadə yararlı partlayıcı qurğu, avtomat, iki tapança, səs boğucu, ovçu bıçağı və çoxlu sayda döyüş sursatı aşkarlanıb.

Bundan başqa, baxış zamanı evdən İŞİD terror qruplaşmasının bayrağı, “Anonymous” maskası, qara maska və GoPro kamerası aşkarlanıb.

Qeyd edək ki, ötən gün terror aktı hazırlamaqda şübhəli bilinən iki şəxs – Mahilin M və Kleman B. saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR