KİV: Prosineçki "Bursaspor"da 1,1 milyon avro alacaq

KİV: Prosineçki "Bursaspor"da 1,1 milyon avro alacaq
# 13 may 2017 09:46 (UTC +04:00)

Türkiyə mətbuatı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkini "Bursaspor"un "sükan"ı arxasında görməkdə maraqlıdı. Apasport.az saytı yerli KİV-ə istinadən xəbər verir ki, həmkarlarımız xorvatiyalı mütəxəssisi yenidən Bursa klubuna "aparır".

Bu dəfə "NTV Spor" telekanalında yayımlanan "Kırmızı çizgi" verilişinin şərhçisi Mehmet Ayan bir az da irəli gedərək Prosineçkinin "Bursaspor"la anlaşdığını iddia edib. O, hətta 48 yaşlı çalışdırıcının Superliqa təmsilçisi ilə müqaviləsinin detallarını da açıqlayıb: "Bursaspor"u gələn mövsümdən Robert Prosineçki çalışdıracaq. Razılığa əsasən, onun burda illik məvacibi 1,1 milyon avro olacaq".


Lakin xorvatiyalının meneceri Yaşar Çalışır bu xəbəri təkzib edib. Prosineçkinin AFFA ilə dekabrın 4-dək müqaviləsinin qüvvədə olduğunu xatırladan Çalışır onun hansısa klubla anlaşmadığını söyləyib: "Hələ ki, klubla məşqçi arasında heç bir razılıq yoxdu. Prosineçki Azərbaycan yığmasında işini davam etdirir".

Qeyd edək ki, "Bursaspor" bu ilin yanvarında Prosineçki ilə danışıq aparmaq üçün Bakıya nümayəndə göndərmişdi. Lakin müqavilədə yer alan 2 milyon avroluq təzminat bəndi üzündən Türkiyə klubu son anda keçiddən imtina etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR