Bu il Azərbaycanda cəmi 1 yük avtomobili istehsal olunub

Bu il Azərbaycanda cəmi 1 yük avtomobili istehsal olunub
# 17 may 2017 11:16 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda cəmi 1 ədəd yük avtomobili istehsal olunub.

"APA-Economics" Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bu ilin ilk 4 ayında ölkədə 350 ədəd traktor istehsal edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 48,3% çoxdur. Nəticədə, bu ilin may ayının 1-nə 1 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə 15 ədəd minik avtomobili istehsal edilib. Beləliklə, mayın 1-nə 130 ədəd hazır məhsul ehtiyatı yaradıb.

Bu ilin yanvar-aprel ayları ərzində 1070 ədəd xüsusi təyinatlı kommunal maşın istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 74,5% azdır. Nəticədə, mayın 1-nə 487 ədəd hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR