Avro-2017: Polşa yığması Azərbaycanla oyununun heyətini açıqlayıb

Avro-2017: Polşa yığması Azərbaycanla oyununun heyətini açıqlayıb
# 14 sentyabr 2017 08:24 (UTC +04:00)

Qadın voleybolçulardan ibarət Polşa millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Avro-2017-də Azərbaycan millisinin baş məşqçisi Yatsek Navrotski heyətə 14 oyunçu çağırıb.

Təcrübəli məşqçi bildirib ki, Bakı, Göygöl və Tiflisdə keçiriləcək qitə çempionatına hazırlıqları sentyabrın 20-də yekunlaşdıracaqlar və həmin gün paytaxtımıza gələcəklər. Polşa millimiz bu tarixədək 2 yoxlama matçı da keçirəcək. Onlar Amsterdam və Rotterdamda Hollandiya yığması ilə 2 dəfə üz-üzə gələcəklər.

Polşa millisinin heyəti:

Toppaylayıcılar: Marlena Pleşnierovij, Yoanna Voloş

Blokçular: Susanna Efimienko-Mlotkovska, Aqnieşka Kakolevska, Maya Tokarska

Hücumçular: Roksana Brzoska, Martina Qrajber, Patrisya Polak, Natalya Murek, Yulia Tvardovska, Monika Bociek, Malvina Smarzek

Liberolar: Aleksandra Krzos, Vitkovska Aqata

Qeyd edək ki, Bakıda keçiriləcək Avro-2017-nin A qrupunda Polşa və Azərbaycanla yanaşı, Almaniya ilə Macarıstan voleybolçuları mübarizə aparacaqlar. Komandamız şərqi avropalılarla sentyabrın 24-də qarşılaşacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR