Tacikistanda aeroportun direktoru prezidenti yola salarkən həlak olub

Tacikistanda aeroportun direktoru prezidenti yola salarkən həlak olub
# 14 sentyabr 2017 10:07 (UTC +04:00)

Tacikistanın Xoroq şəhər hava limanının direktoru prezidenti yola salarkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

APA-nın RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, prezident İmomali Rahmonun vertolyotla paytaxt Düşənbəyə yola salınması zamanı hava limanının direktoru Dildor Maksudşoyev havaya qalxan vertolyotun pərlərinin yaratdığı güclü külək nəticəsində yıxılıb.

Yıxılarkən başı daşa dəyən direktor ağır xəsarət alıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR