Hindistana məxsus PUA Çinin hava məkanını pozub

Hindistana məxsus PUA Çinin hava məkanını pozub
# 07 dekabr 2017 04:44 (UTC +04:00)

Hindistana məxsus pilotsuz uçuş aparatı (PUA) Çinin hava məkanını pozaraq qəzaya uğrayıb.

APA-nın məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər verib.

“Hindistan tərəfi Çinin ərazi suverenliyini ciddi şəkildə pozub. Bununla bağlı qarşı tərəfə etiraz və qəti narazılığımızı bildiririk”, deyə Çin ordusunun rəsmisi bildirib.

İnsidentin nə vaxt və harada baş verdiyi dəqiqləşdirilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR