Goranboyda fərdi evdə yanğın olub

Goranboyda fərdi evdə yanğın olub
# 13 yanvar 2018 10:58 (UTC +04:00)

Goranboy rayonunda fərdi evdə yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 150 m2 olan ikimərtəbəli 7 otaqlı evin birinci mərtəbəsində yerləşən otağın tavanı 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR