Əfqanıstanda 6 polis öldürülüb

Əfqanıstanda 6 polis öldürülüb
# 14 mart 2018 07:35 (UTC +04:00)

Əfqanıstanda avtomobilin partlaması nəticəsində azı 6 polis əməkdaşı ölüb.


APA-nın “Pajvak” agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Hadisə Helmand əyalətinin Nad Ali şəhərində baş verib. Vilayət qubernatoru Omar Zuak deyib ki, həmin ərazidə bir neçə gün idi hərbi əməliyyat başlamışdı və polislər də ərazidə idi.

Partlayışa görə "Taliban" da daxil olmaqla, heç bir terror qruplaşması məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR