DİM: İkinci sınaq imtahanının nəticələri 2 gün ərzində elan olunacaq

DİM: İkinci sınaq imtahanının nəticələri 2 gün ərzində elan olunacaq
# 16 aprel 2018 14:35 (UTC +04:00)

Aprelin 15-də keçirilmiş sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, imtahan nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.

Sınaq imtahanında I-IV ixtisas qrupları üzrə (Azərbaycan və rus bölmələri ) istifadə olunmuş test tapşırıqlarının doğru cavab etalonları ilə Mərkəzin saytında tanış olmaq mümkündür. Hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.

Abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər sınaq imtahanlarında istifadə olunmuş sual kitabçaları və test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.

Sınaq imtahanlarında istifadə olunmuş sual kitabçalarını və test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” və ya “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkün olacaq. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR