Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Saf rənglər” V Beynəlxalq Uşaq Yaradıcılıq Festivalı təşkil edilib.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə,
Akademiyanın Muzey-Sərgi Kompleksində keçirilən sərgidə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə müəssisəsində cəza çəkən azyaşlı məhkumların təsviri sənətin müxtəlif janrlarında ərsəyə gətirdikləri əl işləri üçün xüsusi guşə yaradılıb.
Azyaşlı məhkumların sərgidə nümayiş edilən əl işləri böyük maraqla qarşılanıb.