Tbilisi meri, “Gürcü Arzusu”nun liderlərindən biri olan Kaxa Kaladze Marneuli rayonunun rəhbəri Temur Abazovun saxlanılmasına münasibət bildirib.
APA-nın yerli bürosunun məlumatına görə, K. Kaladze T. Abazovun saxlanılmasını mətbuatdan öyrəndiyini deyib.
Mer qeyd edib ki, qanunu pozanlar ciddi şəkildə cavab verməlidirlər: "Nə baş verdiyini aydınlaşdıra bilməmişəm. Lakin qanunu pozan "Gürcü Arzusu"nun üzvü və ya tərəfdarı olsa belə, o, ədalət qarşısında cavab verməlidir. Bizim üçün əsas qanunun aliliyidir”.
Kaxa Kaladze Temur Abazovun saxlanılmasına münasibət bildirib
13 iyun 2018 11:45 (UTC +04:00)