Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib

Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib
# 29 iyun 2018 19:56 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilib.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan MR Adi Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Vəli Novruzov Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi təyin edilsin”.

Qeyd edək ki, V. Novruzov bundan əvvəl Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR