Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ¼ final mərhələsinə start verilib.
APA-nın məlumatına görə, Kazanda Brazilya ilə Belçika qarşılaşıb.
Görüş Belçikanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Belçika yığması ½ finala vəsiqə qazanıb.
Bundan əvvəl Fransa yığması Uruqvayı 2:0 hesab ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
DÇ-2018
1/4 final
6 iyul
Braziliya – Belçika - 1:2
Qollar: Renato Auqusto, 76 - Fernandinyo, 13 (avtoqol); Kevin De Bruyne, 31
Kazan Arena