Ukrayna rusiyalı jurnalisti ölkədən çıxarıb

Ukrayna rusiyalı jurnalisti ölkədən çıxarıb
# 26 iyul 2017 12:49 (UTC +04:00)

Rusiyalı jurnalist Ukraynadan çıxarılıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (UTX) məlumat yayıb.

UTX-nın məlumatında bildirilir ki, "Rossiya 1" və "Rossiya 24" telekanalların müxbiri Mariya Knyazeva "Sauşkina" ləqəbi ilə fəaliyyət göstərib.

O, Ukrayna KİV-də çalışan rusiyayönümlü jurnalistlərin xidmətlərindən istifadə edərək, hakimiyyət orqanları, ölkədəki vəziyyət və güc strukturların fəaliyyəti barədə məlumat toplayıb.

"O bu kimi məlumatlardan Ukraynadakı vəziyyəti tendensiyalı şəkildə işıqlandırmaq üçün istifadə edib", - deyə məlumatda bildirilir.

M. Knyazeva ölkədən çıxarılaraq Rusiyaya göndərilib, 3 il ərzində onun Ukraynaya girişinə qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR