Sumqayıtda kafe yanıb, 6 nəfər təxliyə olunub

Sumqayıtda kafe yanıb, 6 nəfər təxliyə olunub
# 04 aprel 2018 10:54 (UTC +04:00)

Sumqayıt şəhərində ümumi sahəsi 150 m2 olan kafenin yanar konstruksiyaları 90 m2 sahədə və içərisində olan əşyalar yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirdən ibarət tavan 30 m2 sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR