Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb

Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb
# 09 dekabr 2017 07:24 (UTC +04:00)

Zaqatalada həmyerlisinin maşınını qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupundan APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon sakini Nərman Şahid oğlu İsayev ona məxsus “VAZ 21064” markalı 62 BF 068 dövlət nömrə nişanlı minik avtomobilinin oğurlanması barədə Zaqatala rayon polis Şöbəsinə müraciət edib.

Müraciət əsasında aparılmış əməliyyat-axtarış tədbiri nəticəsində Nərman İsayevə məxsus maşını dekabrın 7-dən 8-ə keçən gecə elə onun həmyerlisi Elnur Məmməd oğlu Novruzovun qaçırması məlum olub. Tədbir nəticəsində Elnur Novruzov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR