“Keşlə” Vaqif Cavadovu heyətinə qatıb

“Keşlə” Vaqif Cavadovu heyətinə qatıb
# 05 yanvar 2018 14:27 (UTC +04:00)

Qış fasiləsinə 7-ci pillədə yollanan “Keşlə” daha bir futbolçu ilə münasibətləri rəsmiləşdirib. Klubdan apasport.az saytına verilən məlumata görə, paytaxt klubu Vaqif Cavadovla müqavilə imzalayıb.

Tərəflər arasında dekabrda razılıq əldə olunsa da, rəsmi sözləşmənin imzalanması yanvarın əvvəlinə saxlanılmışdı. Bu proses artıq baş tutub. Müqaviləyə qol çəkən Cavadov mövsümün sonuna qədər “Keşlə”nin formasını geyinəcək. Bu, bakılıların qış fasiləsində 4-cü transferi olub. “Keşlə” bundan öncə Kamran Ağayev, Məqsəd İsayev və Pablo Podionu heyətinə qatıb.

“Keşlə” rəhbərliyi bununla yanaşı, komandanın qapıçısı Orxan Sadıqlını da razı sala bilib. Adı “Kəpəz”lə birgə hallanan qolkiper ən azı yaya qədər hazırkı klubunda qalacaq.

Qeyd edək ki, “Keşlə” qış fasiləsində Elnur Abdullayev, Samir Zərgərov, Mirsahib Abbasov və İlkin Qırtımovla yolları ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR