Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb - VİDEO

Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb - VİDEO
# 13 mart 2019 05:31 (UTC +04:00)

Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONA-nın məlumatına görə, 1983-cü il təvəllüdlü Məmmədov Rəşad Oktay oğlu Sahil qəsəbəsində yaşadığı evin yaxınlığında dostu ilə mübahisə edib. Nəticədə o bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstəxanın növbətçi cərrahı Bəhrəm Zeynalov ONA-ya verdiyi müsahibədə bildirib ki, R.Məmmədov cərrahi əməliyyat olunub. Bıçaq onun döş qəfəsinin sol nahiyəsinə sancılıb. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR