Azərbaycanda benzin və dizelin istehlak səviyyəsi açıqlanıb

Azərbaycanda benzin və dizelin istehlak səviyyəsi açıqlanıb
# 16 noyabr 2017 11:18 (UTC +04:00)

2017-ci ilin yanvar-sentyabr aylarında ölkədə neft emalı məhsullarının istehlakı 2,8 mln. ton olub və 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,2% azalıb.


Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi istehlakın 34,5%-ini avtomobil benzini, 33,4%-ini dizel yanacağı, 11,8%-ini mazut yanacağı, 5,5%-ini neft bitumu, 4,3%-ini neft-kimya sənayesində istifadə üçün benzin, 3,9%-ini aviasiya üçün və sair ağ neft, 3,2%-ini maye qaz, 1,1%-ini sürtgü yağları, 2,3%-ini isə digər neft emalı məhsulları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR