“Rabitəbank”ın səhmdarlarından biri bankdakı payını artırıb

“Rabitəbank”ın səhmdarlarından biri bankdakı payını artırıb
# 06 iyun 2018 07:51 (UTC +04:00)

“Rabitəbank”ın səhmdarlarından biri bankdakı payını artırıb.

APA-Economics” xəbər verir ki, səhmlərin alqı-satqısı ilə bağlı insayder əqdi bağlanıb.

Ümumi dəyəri 10 mln. 737 min 812,93 manat olan əqd üzrə səhmlərin hər birinin nominal dəyəri 20,29 manat, sayı isə 529,217 ədəddir.

Əqd “Azfinans İnvestisiya Şirkəti” vasitəçiliyi ilə baş tutub.

Beləliklə “Rabitəbank”dan pay alan Rauf Əliyevin bankın nizamnamə kapitalında payı 40,60% təşkil edib.

Qeyd edək ki, əqd Bakı Fond Birjası vasitəsilə mayın 25-də bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR