Məmurun qətlində təqsirləndirilən qadının kassasiya şikayəti üzrə məhkəmə başlayıb

Məmurun qətlində təqsirləndirilən qadının kassasiya şikayəti üzrə məhkəmə başlayıb
# 21 noyabr 2017 10:12 (UTC +04:00)

Bu gün Ali Məhkəmədə qətldə təqsirləndirilən Xalidə İsgəndərova barəsində olan hökmdən kassasiya şikayəti üzrə ilkin məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda X. İsgəndərovanın məhkəməyə ərizə ilə müraciət etdiyi məlum olub.

O, prosesdə iştirak etmək istədiyini bildirib. Məhkəmə bunu nəzərə alaraq iclası təxirə salıb.

Proses dekabrın 26-da davam edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. İsgəndərova 18 il müddətində azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR