“Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib

 “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib
# 02 fevral 2018 09:44 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirilib.

APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərək bildirib ki, festivalın keçirilməsinin məqsədi gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, yaradıcılıq nailiyyətlərinin dəstəklənməsi, yeni simaların aşkar olunmasıdır. Nazir əlavə edib ki, 2016-cı ildən etibarən festival Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə keçirilir.

Bu il “Gəncliyin səsi” festivalının “ASAN Könüllülər” ilə birlikdə Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, Şəmkir, Gədəbəy, Quba və Masallı rayonlarında keçirilməsi planlaşdırılır. Festivalda istedadlı gənclərin mükafatlandırılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Inam Kərimov belə festivalların keçirilməsinin əhəmiyyətindən danışıb. O, festivalın təşkilini yüksək qiymətləndirib: "Çox sevindirici haldır ki, bu il festival bir necə rayonda da keçirilir. Məqsəd gənclərin potensialnı üzə çıxarmaqdır. İnanıram ki, festival gələcəkdə də uğurla davam edəcək".


Tədbirdə gənclərin işlərindən ibarət sərgi nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR