Pakistan Ali Məhkəməsi Nəvaz Şərifə qarşı ittihamları təsdiqləməyib

Pakistan Ali Məhkəməsi Nəvaz Şərifə qarşı ittihamları təsdiqləməyib
# 20 aprel 2017 12:45 (UTC +04:00)

Pakistan Ali Məhkəməsi baş nazir Nəvaz Şərifə qarşı korrupsiya ittihamlarını təsdiqləməyib.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, məhkəmə baş nazirin öz postunu tərk etməsi üçün dəlillərin kifayət etmədiyini açıqlayıb. Bununla belə, Ali Məhkəmə ittihamlara dair istintaqın başlanılmasına qərar verib.

N. Şərifə qarşı korrupsiya ittihamlarını ölkə müxalifəti irəli sürüb. “Panama sənədləri”nə əsaslanan ittihamların məqsədi baş naziri vəzifəsini tərk etməyə məcbur etməkdir.

N. Şəfirin təmsil olunduğu partiya Ali Məhkəmənin qərarını qələbə adlandırıb və istintaqın aparılmasına etiraz etməyib. Baş nazirin oğulları Həsən və Hüseyn də istintaqa cəlb olunacaq. N. Şərifin qızı, hakim partiyanın aparıcı simalarından olan Məryəmin istintaqa cəlb olunub-olunmayacağı məlum deyil. İttihamlara əsasən 1990-cı illərdə N. Şərif baş nazir postunu tutarkən vəzifəsindən sui istifadə edib. 2016-cı ildə dərc olunan “Panama sənədləri” ndə baş nazirin övladları Virciniya adalarında qeydiyyatdan keçən ofşor şirkətlərinin benefisiarları sırasında göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR