İlin ilk rübündə Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb

İlin ilk rübündə Azərbaycan iqtisadiyyatı 2,4% böyüyüb
# 17 aprel 2017 16:54 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumi daxili məhsul istehsalı 15229,7 mln. manat təşkil edib, əhalinin hər nəfərinə düşən ÜDM 1570,0 manata bərabər olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4% artıb, neft-qaz bölməsində isə 6,8% azalıb.

Bu dövrdə ümumi daxili məhsulun 7094,3 mln. manatı sənayedə, 1823,1 mln. manatı ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 1187,8 mln. manatı tikintidə, 1006,9 mln. manatı nəqliyyat və anbar təsərrüfatı, 442,1 mln. manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 412,3 mln. manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 259,3 mln. manatı informasiya və rabitə sahələrində, 1931,3 mln. manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər isə 1072,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR