Ötən il 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb

Ötən il 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb
# 07 fevral 2018 08:18 (UTC +04:00)

"Azərbaycanda dispanser qeydiyyatında olan hemoblastozlu xəstələrin sayı 2233 nəfər, qanın bədxassəli xəstəliyi diaqnozu müəyyənləşdirilmiş uşaqların sayı 313 nəfərdir".

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin B. Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, hazırda institutda 27 523 nəfər qan xəstəlikləri üzrə dispanser qeydiyyatındadır: "Ötən il ilkin olaraq 687 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkarlanıb. Onların 603 nəfəri böyüklər, 84 nəfəri isə uşaqlardır. Həmin şəxslər dispanser qeydiyyata götürülüb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR