Türkiyənin şimal ərazisində - Bartın, Sinop, Kastamonu və Karabürk vilayətlərində yaşanan sel, daşqın, sürüşmə fəlakəti həyatı iflic edib.
APA-nın yerli bürosunun Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbərinə görə, fəlakətdə Kastamonudan 4 nəfər həyatını itirib.
Bartında itkin düşən bir nəfərin axtarışları davam edir.
Qeyd edək ki, Bartında daşqınlar zamanı bir nəfər də ürək tutmasından ölüb.