“Aqrolizinq”in Şabran bölməsinin əməkdaşı itkin düşüb

“Aqrolizinq”in Şabran bölməsinin əməkdaşı itkin düşüb
# 09 avqust 2017 10:09 (UTC +04:00)

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşı itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabranın Ağalıq kənd sakini, 1963-cü il təvəllüdlü Əhmədov Əlisultan Məmməd oğlu 5 gün öncə evdən çıxıb və bir daha geri qayıtmayıb. Ailə üzvləri onun itkin düşməsi barədə Şabran rayon Polis Şöbəsinə (RPŞ) məlumat veriblər.

Şabran RPŞ-dən verilən məlumata görə, Ə.Əhmədovun axtarışları davam etdirilir.

Həmin şəxs barəsində məlumatı olanlardan Şabran RPŞ-nə və (02335) 3-23-05, (050) 385-63-74,(050) 300-00-17 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR