BP-nin baş iqtisadçısı: "ABŞ sıxılmış təbii qaz ixracını artıracaq"

BP-nin baş iqtisadçısı: "ABŞ sıxılmış təbii qaz ixracını artıracaq"
# 25 oktyabr 2017 11:28 (UTC +04:00)

"ABŞ qarşıdakı illərdə sıxılmış təbii qaz ixracını artıracaq". "APA-Economics" xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan BP-nin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov deyib.

Onun sözlərinə görə, hazırda ABŞ-ın dünya bazarına ixrac etdiyi sıxılmış təbii qazın həcmi azdır: "Dünya bazarında ABŞ-ın sıxılmış təbii qazı hələ indi-indi meydana çıxır. Bununla belə qarşıdakı illərdə ABŞ sıxılmış təbii qaz ixracını əhəmiyyətli dərəcədə artıracaq. ABŞ-da sıxılmış təbii qaz zavodlarının gücü 100 milyard kubmetrə çatdırılacaq".

V. Drebentsov qeyd edib ki, ABŞ-ın sıxılmış təbii qazının Asiya bazarına yönələcəyini düşünənlər yanılır. "Bəzilər hesab edir ki, ABŞ qiymət yüksəl olduğundan sıxılmış təbii qazı Asiya bazarlarına ixrac edəcək. Bu fikirdə olanlar 2014-cü ildə qalıb. Çünki, hazırda Avropa və Asiya bazarlarında qazın qiymətləri arasında fərq azalmaqdadır, qiymətlər bir-birinə çox yaxındır. Ümumiyyətlə, Asiya bazarları ilə Avropa bazarları arasında qiymət fərqi olsa da, nəqliyyat, yəni daşınma xərcləri nəzərə alınanda bu fərq o qədər də böyük deyil", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR