“Neftçi” heyətinə yeni futbolçu qatıb

“Neftçi” heyətinə yeni futbolçu qatıb
# 13 noyabr 2017 13:10 (UTC +04:00)

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib. Klubdan apasport.az saytına verilən məlumata görə, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb.

2014/2015 mövsümündə “İnter” klubunun heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Süleymanov Slovakiya yığması ilə oyunda (3:2) qol vurub. Yeni transfer ötən il U-21 milli komandamıza da cəlb olunub.

Qeyd edək ki, Süleymanov AZAL-a da “Neftçi”nin hazırkı baş məşqçisi Tərlan Əhmədovun istəyi ilə transfer edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR