Bank Of Baku

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb

Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
# 23 avqust 2021 14:51 (UTC +04:00)

Samux rayonunda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan  APA -nın yerli bürosuna verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Qarabağlar kənd sakini Ruzi Allaverdiyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndəriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR