Sabirabadda avtoqəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Sabirabadda avtoqəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib - YENİLƏNİB
 - FOTOSESSİYA - VİDEO
# 22 fevral 2019 07:43 (UTC +04:00)

Sabirabadda baş verən avtqəzada ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.

“ONA”-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə nəticəsində mikravtobusda olan sərnişinlərdən Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Şükürov Fuad Hidayət oğlu hadisə yerində ölüb. Digər sərnişinlər - Beyləqan sakinləri, 1975-ci il təvəlüdlü Orucov Kənan Əli oğlu, 1962-ci il Rzayev Nadir Əsgər oğlu və daha bir nəfər Sabirabadda, Beyləqan sakini, 1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı Şirvanda xəstəxanaya yerləşdirlib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

***

07.24

Sabirabadda baş verən avtqəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“ONA”-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul-Horadiz magistralının Sabirabad rayonu Qaratəpə kəndində “Ford” markalı mikroavtobus yük avtomobili ilə toqquşub. Nəticədə xəsarət alan şəxslər Sabirabad və Şirvanda xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR