Azərbaycanlı ixracatçılara "Qazprombank"ın ucuz kreditlərindən yararlanmaq təklif olunur

Azərbaycanlı ixracatçılara "Qazprombank"ın ucuz kreditlərindən yararlanmaq təklif olunur
# 13 aprel 2017 09:27 (UTC +04:00)

"Azərbaycan Rusiya üçün əsas bazarlardan biridir. Biz 4 ölkədə ticarət evinin açılmasını planlaşdırırıq. Növbəti ildə Rusiya Azərbaycanda da ticarət evi açacaq". "APA-Economics" xəbər verir ki, bunu "Qazprombank"a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda Rusiyanın "Eksar" şirkətinin müştərilərlə iş və anderraytinq üzrə icraçı direktoru Nikita Qusakov deyib.

"Azərbaycan şirkətləri Rusiyaya ixracda maraqlıdır. Bu platforma sayəsində yerli alıcılar arasında xidmətlərin marketinqini aparmaq mümkün olacaq. "Qazprombank"ın təklif etdiyi faiz dərəcələri rəqabətqabiliyyətlidir. Azərbaycan şirkətləri bu kreditlərdən faydalanaraq Rusiya istehsalı olan məhsulları ala bilər", - deyə N. Qusakov vurğulayıb.

O əlavə edib ki, 2014-cü ildən 2016-cı ilədək Azərbaycanda maşınqayırma, dəmir yolu, qida sənayesi, əczaçılıq sahələrində ümumilikdə 14 layihəyə 450 mln. dollar vəsait yönəldilib: "Ən böyük vəsait "Azərbaycan Dəmir Yolları" QSC-yə ayrılıb. Belə ki, bu quruma 231 mln. dollarlıq vəsait verilib. Bu il ərzində də bəzi layihələrə vəsaitin ayrılması məsələsinə baxılır. Bu layihələrə 500 mln. dollardan 1 mlrd. dollaradək vəsaitin ayrılması nəzərdə tutulur. Ümid edirik ki, bu il ərzində bu layihələr icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR