Paşha Bank
Bank Of Baku

Masallıda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib - FOTO

Masallı Rayon Məhkəməsində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

© APA | Masallı Rayon Məhkəməsində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

# 11 fevral 2022 14:17 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Masallı Rayon Məhkəməsində “Xidməti ərazilərdə yanğın təhlükəsizliyinin təmin olunması” mövzusunda maarifləndirmə tədbiri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, tədbirdə məhkəmənin aidiyyəti vəzifəli şəxslərinə inzibati binada baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları barədə geniş məlumat verilib, həmçinin təxliyə planından düzgün istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın vacibliyindən də söz açılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR