Azərbaycan və Hindistan arasında məsləhətləşmələr keçiriləcək

Azərbaycan və Hindistan arasında məsləhətləşmələr keçiriləcək
# 27 iyul 2016 14:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İyulun 28-29-da Hindistan xarici işlər nazirinin müavini Sujata Mehtanın rəhbərliyi ilə bu ölkə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq.

APA-nın xəbərinə görə, səfərin birinci günü nazir müavini S. Mehta Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Ardınca S. Mehtanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan xarici işlər nazirinin müavini X. Xələfovun başçılıq etdiyi nümayəndə heyətləri arasında məsləhətləşmələr keçiriləcək.

Daha sonra isə qonağın Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. Görüşdə ikitərəfli münasibətlər, beynəlxalq arenada əməkdaşlıq, BMT və digər təşkilatlar çərçivəsində əməkdaşlıq, regional, enerji məsələləri, Şimal-Cənub nəqliyyat dəhlizinə dair məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR