Krıma elektrik enerjisinin nəqli bərpa olunub

Krıma elektrik enerjisinin nəqli bərpa olunub
# 08 dekabr 2015 09:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ukraynadan Krıma elektrik enerjisinin nəqli bərpa olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Xerson vilayətində Kaxovskaya-Titan elektrik ötürücü xətti işə düşüb və yarımadanın enerji təminatı qismən bərpa olunub.

“Ukrenerqo”dan verilən məlumata əsasən hazırda yarımadaya elektrik enerjisinin verilməsi məhdud xarakter daşıya bilər. Hazırda xətt 120 meqavatt yüklənib, lakin yüklənmə üçün maksimum hədd kimi 200 meqavatt müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR