Bakı - APA. Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfəri barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ştaynmayer Azərbaycana iyunun 30-da işgüzar səfər edəcək.
Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.
Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, Ştaynmayer bu gün Ermənistana səfər edəcək. Azərbaycandan sonra isə Gürcüstana gedəcək.
Azərbaycan XİN ATƏT sədrinin səfəri barədə məlumat yayıb
29 iyun 2016 13:59 (UTC +04:00)
Xarici siyasət
Armen Qriqoryan: Azərbaycanla sülh Ermənistan üçün prioritetdir
15:57
22 may 2024
YAP Fransanın Yeni Kaledoniya ilə bağlı ittihamlarına cavab verib
15:24
22 may 2024
Baş nazir Əli Əsədov Tehrandadır, anım mərasimində iştirak edəcək - VİDEO - YENİLƏNİB
13:50
22 may 2024
Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır
13:16
22 may 2024